Mirzoyan qırğız həmkarını Vaşinqton görüşü barədə məlumatlandırıb

media-hightechnic-468x90

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayevlə telefon danışığı aparıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Qırğızıstan XİN rəhbəri Vaşinqton razılaşmaları münasibətilə Ararat Mirzoyanı təbrik edib.

Mirzoyan isə öz növbəsində Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması və sülh haqqında Sazişin paraflanması da daxil olmaqla əldə olunmuş razılaşmaların detalları barədə məlumat verib. O, həmçinin regional infrastrukturların açılması ilə yaranan imkanlara toxunub.

Ararat Mirzoyanla Jeenbek Kulubayev ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini də müzakirə ediblər./apa

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa