Mirzoyan Türkiyədə Ceyhun Bayramovla görüşündən danışdı

media-hightechnic-468x90

“Antalyada nazir Bayramovla (Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov) bir az da irəli getməyə çalışdıq, amma yekun həllimizin olduğunu söyləmək mübaliğə olardı, məncə, söhbət davam etməlidir”. 

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Sloveniyanın baş nazirinin müavini, xarici və Avropa işləri naziri Tanya Fajonla birgə mətbuat konfransında deyib.

“Antalyada Türkiyə və Azərbaycanın xarici işlər nazirləri ilə keçirilən görüşlər nəticəsində yekun həll yolları və razılıqlarımız olduğunu deyə bilmərik, buna baxmayaraq, eyni zamanda davamlı görüşlərin, söhbətlərin və müzakirələrin tərəfləri ən azı bir-birləri üçün daha başa düşülən etdiyini inkar edə bilmərik. Yeni mövzular və yeni mövzuların alt mövzuları müzakirə olunur ki, bu da ümumi proses nöqteyi-nəzərindən sözsüz ki, effektivdir. Ona görə də səfəri müsbət qiymətləndirirəm”, – Mirzoyan bildirib./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600