Mirzoyana Bayramovun BMT-dəki çıxışı ilə cavab verildi

media-hightechnic-468x90

Ermənistanda aksiyalara rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan xarici işlər naziri Ararat Mirzoyanın bir sıra diplomatlara fərari deməsinə cavab verib. 

Yenicag.az xəbər verir ki, Baqrat jurnalistlərə açıqlamasında 2023-cü ildə Ermənistanın uğuruz diplomatiyasını xatırladıb.

“Sentyabrda BMT-də keçirilən Təhlükəsizlik Şurasının iclasında Ararat Mirzoyanın çıxış etdiyi iclasda Bayramov Mirzoyanın rəhbərinin (Nikol Paşinyan – red.) sözlərinə görə, onu təkzib edir. Başqa heç nə demirəm. Ermənistanın tarixində belə biabırçı epizod olmayıb. Sadəcə bir epizod, belə mühüm kürsüdə öz ölkəsinin lideri tərəfindən rədd edilmək, inkar edilmək…”, – deyə o açıqlayıb.

Xatırladaq ki, xarici işlər naziri Ararat Mirzoyan “Vətən naminə Tavuş” hərəkatına qoşulan diplomatları “fərari” adlandırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600