Mirzoyanın Lüksemburqdakı “BARIŞ ŞOUSU” – “Formal xarakter daşıyır və real sülhə xidmət etmir”

media-hightechnic-468x90

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda çıxış edərək Azərbaycan-Ermənistan münasibətlərinə dair fikirlər səsləndirib və bir daha Ermənistanın guya sülhə maraqlı olduğunu bildirib. Lakin onun “reallıq” kimi təqdim etdiyi fikirlər əsl vəziyyəti əks etdirmir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

Analitik Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Lüksemburqda Avropa Şurası Xarici İşlər Nazirləri Komitəsinin 134-cü sessiyasında İrəvanın Bakı ilə dərhal sülh sazişi bağlamağa hazır olduğunu bəyan etməsini pərdəarxası şərh edib.

Mütəxəssis xatırladıb ki, 44 günlük Vətən müharibəsindən sonra ilk dəfə regionda sülh təşəbbüsünü məhz Azərbaycan irəli sürərək beş əsas prinsip təqdim etmiş və bu sənədlər üzərindən sülh prosesi başlayıb:

“Əvəzində Ermənistanın tutduğu mövqe və atdığı addımlar isə onun sülh ritorikasına ziddir. Hazırda Ermənistanda separatçı qruplar yenidən fəallaşır, müxalifət açıq şəkildə anti-Azərbaycan təbliğatı aparır. Ermənistanın siyasi rəhbərliyi isə bu təbliğata səssiz qalmaqla yanaşı, ölkəni sürətlə silahlandırmaq siyasəti həyata keçirir. Fransa və Hindistandan alınan silahlar, xüsusilə ölümcül hücum vasitələri bu siyasətin bariz nümunəsidir. Son olaraq Hindistandan növbəti raket sistemlərinin Ermənistana göndərilməsi açıq şəkildə elan olunub”.

“Ermənistanın sülh ritorikası fonunda hərbi imkanlarını genişləndirməsi, revanşist və separatçı tendensiyalara göz yumması, ölkənin daxilində anti-Azərbaycan təbliğatına şərait yaratması – bütün bunlar göstərir ki, rəsmi İrəvan, əslində, sülhə deyil, mümkün toqquşmalara hazırlıq görür. Məsələn, radikal “Daşnaksutyun” təşkilatı bu gün Ermənistanda universitet və məktəblərdə gəncləri anti-Azərbaycan ritorikası ilə zəhərləyir. Ermənistan hakimiyyəti isə bu cür fəaliyyətlərə göz yumur”, – deyə o, əlavə edib.

Müsahibimiz əmindir ki, bütün bunlar Ermənistan rəhbərliyinin mahiyyət etibarilə dəyişmədiyini, sadəcə ritorikasını daha məharətlə gizlətdiyini göstərir:

“Əvvəllər açıq şəkildə “Qarabağ Ermənistandır” deyən Paşinyan bu gün bunu açıq səsləndirməsə də, Ermənistan yenə həmin gündəliyə sadiq qalır və konfiqurasiya dəyişərsə, bu istiqamətdə addımlar atmaq niyyətindədir. Ona görə də Azərbaycan sözdən çox əmələ üstünlük verir. Bakı Ermənistanla sülh müqaviləsinin imzalanması üçün konkret və haqlı tələblər irəli sürüb. Bu tələblərə ATƏT-in Minsk qrupunun ləğvi, Ermənistan Konstitusiyasındakı dəyişikliklər və Azərbaycanın ərazi bütövlüyünə qarşı istənilən iddiadan imtina daxildir. Bu şərtlər yerinə yetirilməyincə, Ermənistanın səsləndirdiyi bəyanatlar və Avropada keçirilən görüşlər yalnız formal xarakter daşıyır və real sülhə xidmət etmir”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600