Misir Fələstinin dünyaya yeganə qapısını açdı

media-hightechnic-468x90

lçlçMisirin Qəzza ilə sərhədindəki Rəfah sərhəd məntəqəsi ümrə ziyarətçiləri və Misirdə qalan fələstinlilər üçün açılıb. Fələstin tərəfi bildirib ki, Misir hökuməti ümrə ziyarətinə gedən 340 nəfərin və Misirdə qalan 300 fələstinlinin sərhəddən keçməsinə şərait yaratmaq üçün bu addımı atıb.

Fələstin hökumətinin sərhəd məntəqələri idarəsinin müdiri Əbu Sübha bildirib ki, Rəfah sərhəd məntəqəsinin yalnız xəstə və təcili ehtiyacları olan şəxslər üçün açıq qalması xahişi ilə rəsmi Qahirəyə müraciət ediblər. Lakin hələlik Misir hökumətindən cavab gəlməyib.

Qeyd edək ki, Misirdə ötən il iyulun 3-də baş vermiş hərbi çevrilişdən sonra Qəzzanın dünya ilə yeganə əlaqə nöqtəsi olan Rəfah sərhəd məntəqəsi yalnız istisna hallarda açılır, əksər vaxtlarda isə bu məntəqədən gediş-gəlişə icazə verilmir.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600