Misir KƏŞFİYYATI: "Biz İsraili xəbərdar etmişdik, lakin..."

media-hightechnic-468x90

Misir İsraili xəbərdar etdiyini bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə Misirin kəşfiyyat rəsmisi məlumat verib.

Məlum olub ki, İsrail və HƏMAS arasında tez-tez vasitəçilik edən Misir dəfələrlə israillilərə “böyük” bir şeyin gəldiyi, nəsə baş verəcəyi barədə xəbərdarlıq edib.

Kəşfiyyat rəsmisinin sözlərinə görə, İsrail rəsmiləri diqqətlərini İordan çayının qərb sahilinə cəmləyib və Qəzzadan gələn təhlükəni kiçik hesab ediblər.

“Biz onlara xəbərdarlıq etdik ki, vəziyyət gərgindir, çox tezliklə partlayacaq və bu, böyük bir şey olacaq. Amma onlar bu cür xəbərdarlıqları lazımınca dəyərləndirmədilər”, – deyə adının açıqlanmasını istəməyən məmur bildirib.

Xuraman Etibarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600