“Mixaylo” Rəsulzadəni öldürməkdən imtina etdiyi üçün öldürüldü! – Dərin tarix

Fotoda Sovet İttifaqı Qəhrəmanı, partizan hərəkatının aparıcı döyüşçüsü Mehdi Hənifə oğlu Hüseynzadədir. Əfsanəvi Mixaylonun haqqında çoxumuz bilirik. “Uzaq Sahillərdə” filmində bu qəhrəman barədə ətraflı məlumatlar verilib. Lakin onun öldürülməsi səhnəsi və onun müharibə illərindəki fəaliyyəti Sovet senzurası tərəfindən bilərəkdən gizlədilib. 1946-cı ildə Mehdi Hüseynzadə vətən xaini, cinayətkar kimi axtarılarkən, ona cinayət işi açılarkən artıq o dünyada yox idi. Bəs qəhrəmana niyə cinayət işi açılmışdı, onun ölümünə Sovet KKB-si niyə fərman vermişdi? Niyə öldürüldü Mixaylo?

“Mehdi Hüseynzadə Stalinqrad uğrunda döyüşlərin birində əsir düşüb. O Avstriyanın Mauthauzen həbsxanasında saxlanırdı və bu həbsxanada əsirlər diri-diri yandırılırdı. Azərbaycan əsirləri həbsxanada olduğu müddətdə 160-cı alman diviziyasının komandiri, polkovnik İsrafilbəy İsrafilbəyov olub. Həmin vaxt Məmməd Əmin Rəsulzadə, İsrafilbəy İsrafilbəyov və Fətəli bəy Düdənginski Azərbaycan əsirləri ilə görüşürlər. Onlar Azərbaycan əsirlərini ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparmağa səsləyiblər. Mehdi Hüseynzadə də bir qrup azərbaycanlı əsirlə birgə bu təklifi qəbul edir. O, alman və italyan dillərini mükəmməl bildiyinə görə, Düdənginskinin səyi nəticəsində Cavad Həkimli ilə birgə xüsusi məktəbdə təhsil alır. Daha sonra Mehdi Hüseynzadə 162-ci piyada diviziyasında kəşfiyyat idarəsinin rəisi təyin edilir. Sovetlərə qarşı vuruşan Mixaylo döyuşlərin birində partizanlara əsir düşür. Partizanlar onu inandırıb öz tərəflərinə çəkə bilirlər. Əvəzində Bakıya qayıdacağına və üzərindən “xain” adının götürləcəyinə vəd verirlər. Sovet təhlükəsizlik orqanlarının məsul şəxsi onunla görüşmək üçün keçmiş İtaliyaya gəlir. Ona rəsmi bağışlanma kağızı verirlər və Almanlara qarşı partizan hərakatına qoşulmağa cəlb edirlər. Bu işdə isə Anjeli adlı qızdan istifadə edirlər. Mixaylonun ürəyin əla almağı bacaran Anjeli müharibədən sonra Bakıya qayıdacaqlarını və onunla ailə quracağını deyir. Mehdi bir müddət Almanların kabusuna çevrilir. Onun bu uğurlarını görən Sovet KKB-si Mehdiyə yeni tapşırıq verir: “Legioner ordusuna geri qayıtmaq və Məmməd Əmin Rəsulzadə, İsrafilbəy İsrafilbəyov və Fətəli bəy Düdənginskini öldürməyi tapşırılar. Sovetlər hesab edirdi ki, əgər bu üç şəxs ölsə Azərbaycanlı legionerlər alman ordusundan pərən düşəcəklər.”

Mixaylo bu əmrə tabe olmayacığını bildirir. O, alman həbsxanasından həyatını xilas edən bu üç şəxsə qarşı heç bir addım atmayacağını deyir. Sovetlər buna qarşı olaraq ona təyziq edirlər. Ona dostları deyir ki, onun ölümünə fətva verilib. Ona içi italiyan pulları olan çanta verib gizlənməyi tapşırırlar. Yaxın dostu Sar (Vesilin) Mehdi ilə gəlib Vitovye kəndində 3 metrin 3 metrə olan anbarda gizlənirlər. Onların yerin partizan yoldaşı Andrey Komeldən başqa heç kim bilmirdi. Bu zaman xəbər gəlir ki, almanlar artıq Vitovy kəndinə hücum edib və onlar “Mixaylo”nun axtarışına başlayıblar. Mehdi ilə Sar almanlarla döyüş olacağını gözləmirmiş. Sonrada məlum olur ki, məhz almanlara Mehdinin yerin sovetlər deyib. Guya almanlar onların danışığından bu yeri biliblər.

Sar çardaqdan aşağı enərkən almanlar onu vururlar. Bunu görən “Mixaylo” pəncərədən tullanır və bu zaman snayper gülləsinə tuş gəlir. Ağır yaralanan “Mixaylo” kənddən çıxmağa müvəffəq olsa da, lakin çoxlu qan itirdiyindən yoluna davam edə bilmir. “Mixaylo” elə oradaca dünyasını dəyişir. Lakin almanlar onun cəsədini tapa bilmirlər. Mehdi Hüseynzadənin cəsədini 4 yaşlı bir qız tapır. Həmin qız Vitovli kəndindəki arxın kənarında cəsədi tapır və “Mixaylo”nu elə oradaca dəfn edirlər. Qız ifadəsində yazır ki, “Yolun kənarında kiçik bir su saxlancı vardı, “Mixaylo”nun başı həmin suyun içinə əyilmişdi, su qırmızımtıl rəngdəydi, yağış yağırdı və «Mixaylo»nun saçının boyasının rəngi çıxmışdı. O, almanlara oxşamaq üçün alman zabiti mundiri geyməkdən başqa həm də saçını boyayardı”.

Üç gün sonra Cavad Həkimli “Mixaylo”nun cəsədini artıq burada saxlamağın mümkün olmadığını deyir və partizanlara almanların “Mixaylo”nun həlak olmasından xəbər tutduğunu deyir. Onlar “Mixaylo”nun cəsədini çıxarıb 30 kilometr kənarda yerləşən Çepovan kəndində qardaşlıq qəbiristanlığında dəfn edirlər. Həmin qəbiristanlıqda ən birinci qəbir Mehdi Hüseynzadənin məzarıdır. Mehdi Hüseynzadə 1944-cü il noyabrın 2-də vəfat edib. Onun qəbirüstü abidəsinin üzərinə “Mehdi Mixaylo” sözləri həkk olunub

Nəhayət, “Mixaylo” haqqında Balkan dövlətləri partizan hərakatı üzvlərinin çoxsaylı müraciətindən, yüzlərlə qəhrəmanlıq sənədlərinin təqdimatından sonra 1957-ci ilin aprelin 11-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə müharibə illərində göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadəyə Sovet İttifaqı qəhrəmanı adı verilmişdir.

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent 

COP29