Zlatan İbrahimoviçdən bəd xəbər - Avropa çempionatında..

media-hightechnic-468x90

İtaliyanın “Milan” futbol klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç travmaya görə Avropa çempionatında iştirak edə bilməyəcək.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə İsveçin Futbol İttifaqının mətbuat xidməti bildirib.

İbrahimoviç İtaliya çempionatının XXXV turunun “Milan” və “Yuventus” komandaları arasında matçında (3:0) travma alıb.

“Bu gün Zlatan Yanne Anderssona (İsveç yığmadının baş məşqçisi – red.) bildirib ki, travmaya görə bu yay Avropa çempionatında iştirak edə bilməyəcək”, – mətbuat xidmətinin açıqlamasında deyilir.

İbrahimoviç 2020-ci ildən “Milan”da çıxış edir, İtaliya çempionatının cari mövsümündə onun hesabında 19 matçda 15 qol var.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05