“Mobil notariata yeni funksiyalar əlavə olunub” – Ağakərim Səməd-zadə

media-hightechnic-468x90

“Pandemiya dövründə məhkəmə prosesləri “Elektron məhkəmə” sistemi vasitəsilə videokonfrans şəklində həyata keçirilib”.

Yenicag.az xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyinin “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusuna həsr olunan onlayn brifinqində çıxışı zamanı İnformasiya və kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səməd-zadə bildirib.

Ağakərim Səməd-zadə qeyd edib ki, pandemiya ilə mübarizə fonunda Ədliyyə Nazirliyi zəruri addımları həyata keçirib:

“Karantin rejimi dövründə müəyyən məhkəmə qərarlarının icrası davam etdirilib. Belə ki, vətəndaşların qəbulu və müraciətlərə baxılması işinin təşkili üçün nazirliyin rəsmi saytında “Vətəndaşlar üçün əlaqə” və “İnteraktiv əlaqə” bölmələrinin imkanları artırılıb.

Həmçinin Nazirliyin elektron informasiya sistemlərinin imkanlarının artırılması çərçivəsində mobil notariata yeni funksiyalar əlavə olunub”.

Gülşən Şərif

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600