Mobil operatorların reklam mesajı işgəncəsi…

media-hightechnic-468x90

gprs

Samir Əliyev: “Operator hansısa şirkətlə müqavilə bağlayıb, pul qazanır, amma onun əziyyətini müştəri çəkir”

Bəzi ölkələrdə olduğu kimi, Azərbaycanda da mobil telefon abunəçilərinə istədi-istəmədi oparatorlar tərəfindən müxtəlif səpkili reklam sms-i göndərilir. Bu isə istehlakçının razılığı olmadan baş verir. Nəticədə mobil telefon abunəçilərindən əlavə vəsait çıxır. Bu yolla mobil telefon operatorları abunəçinin hüquqlarını da pozur.

Yenicag.az saytına açıqlamasında belə neqativ məqamlara son qoymaq üçün İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev təklif edir ki, icazə sistemi işləsin: “Bununla bağlı mətbuatda operatorların yanaşması ilə tanış olmuşam. Onlar qeyd edirlər ki, reklamın mətni və göndərilməsinə görə məsuliyyət daşımırlar. Yəni burada günahkar qismində sanki  istehlakçını görürlər. Operator hansısa şirkətlə müqavilə bağlayıb, pul qazanır, amma onun əziyyətini müştəri çəkir. Operatorlar bu arqumentlərini onunla əsaslandırırlar ki, həmin reklamlar kimi narahat edirsə, telefonundakı stop düyməsini basmaqla həmin reklamı almaya bilərlər. Bu isə kökündən yanlış yanaşmadır. Əslində burada müştərinin, istehlakçının hüququ pozulur. Müştərinin istəyinin əleyhinə olaraq, ona reklam məlumatları göndərilir. Bu minvalla operator minə yaxın təşkilatla müqavilə bağlasa, deməli müştəriyə o qədər də məlumat gələcək və telefon sahibi o qədər də əməliyyat aparmalı olacaq. Buna isə müştərinin vaxtı və əsəbiləri gedir. Belə halların baş verməməsi üçün icazə sistemi işləməlidir. Məsələn, Rusiyada yeni qanuna görə, qabaqcadan müştəri ilə operator arasında müqavilə bağlanır. Belədə ancaq vətəndaşın razılığı alındıqdan sonra, onun telefonunda həmin reklamlarla bağlı sms-lər yer alır. Azərbaycanda da vətəndaşın icazəsi olmadan onun telefonuna reklam tipli sms-in göndərilməsi qadağan olunmalıdır. Bunun üçün də reklam haqqında qanuna dəyişiklik edilməlidir. Araşdırmalarım nəticəsində, ölkəmizdə mobil operatorların fəaliyyətini tənzimləyən ayrıca qanunverici akta rast gəlmədim.  Düzdür, bu haqda bəzi qanunverici aktlarda ötəri də olsa qeyd var. Xüsusən də, Telekommunikasiya haqqında qanunda qeyd olunub. Amma bu gün faktiki olaraq istehlakçı ilə mobil operator arasında münasibətləri tənzimləyən qanunvericilik aktı yoxdur. Belə bir akt olarsa, müştərinin razılığı olmadan mobil operator reklam sms-ləri göndərə bilməz. Gələcəkdə bu güzəşt sisteminin tərkib hissəsi ola bilər. Məsələn, mobil operator reklamdan imtina edən müştəri üçün başqa, reklamlı müştəri üçünsə daha ucuz tarif təklif edə bilər. Yəni buy olla prosesi vətəndaşən öz seçiminə buraxar. Reklam haqqında qanunda bu istiqamətdə dəyişikliklər edilməlidir ki, istehlakçı nöqyeyi-nəzərdən insanların hüquqları pozulmasın”.

Rüfət/Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600