Mobil telefonu keçirə bilmədi

media-hightechnic-468x90

turme 00180023Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə mobil telefonların keçirilməsinin qarşısı alınıb.

Yenicag hafta.az-a istinadən məlumat verir ki, orada cəza çəkən, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Camal Fəxrəddin oğlu Əliyevin yanına qısamüddətli görüşə gəlmiş anası Yeganə Lumu qızı Əliyevanın gətirdiyi sovqata baxış keçirilib. Bu zaman “Ana-bala” adlı yağ qabının içərisində gizlədilmiş 5 ədəd “Nokia” markalı mobil telefon aparatı və onlara aid 4 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600