“Möhtəşəm yüz il”-in aktyorlarından selfie
12 gündən sonra tamaşaçılarla vidalaşmağa hazırlaşan “Möhtəşəm yüz il” serialının çəkilişləri başa çatıb.
İlk seriyası 2011-ci il yanvarın 5-də ekranlara çıxan fenomen serial iyunun 11-də 140-cı bölümü ilə sevənlərindən ayrılacaq. Yayımda olduğu müddətdə reytinq rekordu vuran ekran işinin aktyor və texniki heyəti çəkiliş bitən kimi bol-bol selfi çəkib.
Mərvə Boluğur (Nurbanu Sultan), Aras Bulut İynemli (Şahzadə Bəyazid), Bərrak Tüzünataç (Mihrünnisa Sultan), Sərkan Altınorak (Taşlıcalı Yəhya), Engin Öztürk (Şahzadə Səlim) və Pelin Karahan (Mihrimah Sultan) şəkilləri sosial şəbəkədə paylaşıblar.