“Monaco” Ansu Fati transferində son mərhələyə keçdi
Fransanın “Monaco” klubu “Barcelona”nın gənc hücumçusu Ansu Fati ilə razılıq əldə etməyə çox yaxındır.
Yenicag.az xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Fabrizio Romano öz sosial media hesabında məlumat paylaşıb. Onun sözlərinə görə, tərəflər alqı-satqı opsiyası daxil olmaqla kredit əsaslı müqavilə üzərində böyük ölçüdə razılığa gəliblər.
22 yaşlı ispan futbolçunun bu həftə ərzində tibbi müayinədən keçərək rəsmi müqaviləyə imza atması gözlənilir.
Qeyd edək ki, Ansu Fati ötən mövsüm “Barcelona”nın heyətində cəmi 11 oyuna çıxıb və nə qol, nə də assistlə yadda qalıb. Gənc forvardın daha çox oyun təcrübəsi qazanması üçün “Monaco”ya keçidi onun karyerasında yeni mərhələ ola bilər.
Göycə Göycəyev