Monteneqroda güclü zəlzələ oldu

media-hightechnic-468x90

Monteneqronun Nikşiç şəhəri yaxınlığında yerli vaxtla saat 04.06-da 5,4 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, Monteneqro Hidrometeorologiya və Seysmologiya Təşkilatı, episentrinin Nikşiçdən 32 kilometr şimal-qərbdə, Bosniya və Herseqovina ilə sərhədə yaxın Pluzine bölgəsində olan zəlzələnin maqnitudasının 5,4 olduğunu açıqlayıb.

Dərinliyi 10 kilometr olduğu təsbit edilən zəlzələ ilə bağlı indiyədək can itkisi və dağıntı barədə məlumat verilməyib.

Zəlzələnin Bosniya və Herseqovina, Xorvatiya, Kosovo və Albaniyada da hiss olunduğu bildirilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa