Moskva-Bakı qatarında qəza

media-hightechnic-468x90

77493Moskva-Bakı sərnişin qatarı qəzaya düşüb.

Məlumata görə, dünən axşam Rusiyanın Rostov vilayətində sürət qatarı avtomobili vurub.

Dəmir yol keçidində “Qazel” markalı avtomobil xarab olduğundan Moskva-Bakı qatarı qəzadan yayına bilməyib. Toqquşma zamanı zərər çəkən olmayıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Hadisədən sonra “Moskva – Bakı” qatarı yoluna davam edib.

Xatırladaq ki, dünən həmçinin Volqoqrad ərazisində “Moskva-Bakı” qatarının dəmiryol yaxınlığında sərxoş təqaüdçünü vurduğu haqda məlumat yayılmışdı. Xoşbəxtlikdən təqaüdçü sağ qalıb. (anspress.com)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa