“Moskva bunun altını çəkəcək”

media-hightechnic-468x90

bghUkraynanın baş naziri Arseni Yasenyuk martın 12-də Vaşinqtona səfər edərək ABŞ prezidenti Barak Obama ilə görüşüb.

Görüşdən sonra jurnalistlərə danışan Obama Ukrayna torpağı olan Krımda Rusiyaya birləşmək referendumunu qəti rədd etdiyini bildirib. Prezident deyib ki, Rusiya Ukrayna ilə bağlı kursunu dəyişməsə, ABŞ və başqa ölkələr tədbirlər görməyə məcbur olacaqlar və Moskva bunun altını çəkəcək.

Obama Ukraynanın ərazi bütövlüyü məsələsində bu ölkə ilə yanaşı olacaqlarını vəd edib. Yasenyuk isə deyib ki, Ukrayna ərazi bütövlüyü uğrunda mübarizə aparacaq və heç vaxt təslim olmayacaq.

Başqa bir məlumata görə, Ukraynanın xarici işlər naziri əvəzi Andrey Deşitsa ölkəsinin MDB-dən çıxmaq niyyətində olduğunu bəyan edib. O deyib ki, MDB üzv ölkələr arasında münaqişələrin çözülməsində heç bir rol oynaya bilmir.

media forum

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600