Moskvada güclü leysan - Metronu su basdı
Rusiyanın paytaxtı Moskvada güclü külək və leysanın nəticələri aradan qaldırılır.
Yenicag.az xəbər verir ki, iyunun 28-də Rusiya paytaxtında bir neçə saat ərzində aylıq normanın 70 faizi qədər yağış yağıb. Yolları və “Yasenevo” metro stansiyasını su basıb. Sürəti saniyədə 22 metrə çatan güclü külək 30-dək ağacı yerindən qoparıb, şəhərin şimalında binalardan birinin damının bir hissəsi uçub.
Əhali arasında zərərçəkənlər barədə məlumat yoxdur.