Qonorar, ssenari, YOXSA? – Sanura seriallarda NİYƏ YOXDUR?

media-hightechnic-468x90

“Seriallarda təklif azlığından yox, seçim bolluğundan görünmürəm”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktrisa Sanura Cəfərova deyib.

Vaxtilə olduqca məhsuldar fəaliyyət göstərən, əksər populyar seriallarda baş rolları canlandıran aktrisa son vaxtlar ekranlardan uzaq qalmasının səbəblərini açıqlayıb. O bildirib ki, layihə qəbul edərkən onun üçün bir neçə vacib şərt var:

“Qonorar, ssenari və iş qrafiki uyğun deyilsə, heç bir layihəni qəbul etmirəm. Bütün bunlar mənim üçün çox önəm daşıyır”.

Aktrisa hazırda fəaliyyətini daha çox rəqəmsal platformalarda cəmlədiyini vurğulayıb:

“Yaradıcılıq fəaliyyətimi sosial şəbəkə üzərindən davam etdirirəm. Sosial şəbəkələrdəki mövqeyim mənim üçün hər zaman prioritetdir. İndiki dönəmdə sosial şəbəkələr sənətçini gündəmdə saxlayan əsas vasitədir. Burada yaradıcılığının həm ssenaristi sənsən, həm rejissoru, həm də baş qəhrəmanı…”

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa