!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvanın əsas HƏDƏFİ: Rusiya bu ölkəyə hücuma hazırlaşır?

!Reklam – Yazi

“Doğrusu, Rusiyanın Estoniyaya hücum edəcəyi haqqında yayılan informasiyalar çox təəccüblüdür. Mən Estoniyada 5 il yaşayıb, səfir kimi fəaliyyət göstərmişəm. Lakin inanmıram ki, Rusiya Estoniyaya hücuma keçsin”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Eks-nazir Polşa Hərbi Kəşfiyyatı ilə Almaniya Federal Kəşfiyyat Xidmətinin Rusiyanın Estoniyaya hücum edəcəyi ilə bağlı ortaya atdığı iddialara münasibət bildirib.

“Bəllidir ki, həm Rusiya, həm də Ukrayna üçün hərbi əməliyyatların bu və ya digər şəkildə dayanması ikisinin də xeyrinədir. Çünki tərəflərə dəyən ziyan o dərəcədədir ki, cəbhəni genişləndirmək Rusiyaya sərf etmir. Mənə elə gəlir ki, Narva şəhərinə hücumun ediləcəyi ilə bağlı yayılan məlumatlar təbliğat xarakteri daşıyır ki, bunların da məqsədi siyasi dividentləri özündə ehtiva edir”, – T. Zülfüqarov əlavə edib.

Onun sözlərinə görə, bunların məntiqi yoxdur və Rusiyanın bu hücumdan nə isə qazanacağı inandırıcı görünmür:

“Narva sərhədyanı kiçik bir şəhərdir və orada, əsasən, rusdilli əhali yaşayır. Eləcə də sərhədi keçəndə səviyyə və yaşayış standartları arasındakı fərqliliklər özünü göstərir. Həmçinin Narvada yaşayan rusların bu işğalın tərəfdarı olacağını gözləmirəm. Belə olsaydı, onlar çoxdan çayın digər tərəfinə (Narva çayı – red.) keçərdilər. Qısacası inandırıcı deyil”.

Qeyd edək ki, hər iki Avropa dövlətinin kəşfiyyat xidmətləri bildiriblər ki, Rusiyanın Ukrayna müharibəsində təşəbbüsü ələ almasından sonra Moskvanın əsas hədəfi Baltikyanı ölkələr, daha dəqiq isə Estoniyadır.

Rafi Müslümov

COP29

www.yenicag.az

364
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv