!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvanın səbrini daşıracaq YENİ GEDİŞAT: “Paşinyanın “ram edilməsi” üçün uyğun zaman qaçırılarsa...”

!Reklam – Yazi

“Avropa Parlamentinin Ermənistana Avropa İttifaqı üzvlüyünə namizəd ölkə statusu verilə biləcəyinə dair qətnaməsi prosesin nə qədər dərinləşdiyini göstərir”.

Bu fikirləri Ermənistan hakimiyyətinin Qərbyönümlü siyasi kursu genişləndirməyə yönəlik addımlarına Moskvanın mümkün təpkisini dəyərləndirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa Parlamentinin Ermənistana Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd ölkə statusunun verilə biləcəyinə dair qətnaməsi bu çərçivədə yeni situasiya yaradır:

“Paşinyan iqtidarının yürütdüyü Qərbyönümlü siyasət fonunda Rusiyadan uzaqlaşma kursunu davam etdirməsi və Brüsselin bu prosesdə İrəvanı dəstəkləməsi artıq çox mühüm bir nöqtəyə yetişib.

Burada əsas məsələ sadəcə, Brüssellə İrəvanın münasibətləri yox, həm də Moskvanın bu gedişata reaksiyası, ata biləcəyi sərt cavab addımlarıdır. Bildiyiniz kimi, Paşinyan bu kursu açıq müstəviyə çıxardığı son vaxtlara qədər Rusiya bu fəaliyyətə etirazını bildirsə də, hər hansı sərt tədbirə əl atmırdı.

Lakin Avropa Parlamentinin Ermənistana Avropa İttifaqı üzvlüyünə namizəd ölkə statusu verilə biləcəyinə dair qətnaməsi prosesin nə qədər dərinləşdiyini göstərir. Bu artıq Rusiyanın “qırmızı xətt”inin aşılması anlamına gəlir. Açıq desək, Moskvanın bu gedişatda yeni təmkinlə davranacağını gözləmək çətindir.

Təbii, Rusiyanın Ermənistana siyasi, hərbi, iqtisadi təsir imkanları çox genişdir. Amma indiki halda Moskvanın bu prosesi pozmaq üçün hansı vasitəyə əl atacağını söyləmək çətindir. Bununla belə, Moskvada da başa düşürlər ki, Paşinyanın “ram edilməsi” üçün uyğun zaman qaçırılarsa, vəziyyət daha da mürəkkəbləşəcək”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

268
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv