Mosuldakı Türkiyə konsulluğunun binası azad olundu – 3 il sonra

media-hightechnic-468x90

İraqın təhlükəsizlik qüvvələri Türkiyənin Mosul şəhərindəki Baş konsulluğunun binasını İraq-Şam İslam Dövləti (İŞİD) terror şəbəkəsindən azad edib.

media-banner_tuq

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Mosul əməliyyatı komandanlığının yaydığı açıqlamada şəhərdəki Vali iqamətgahı və Türkiyənin Baş konsulluğu da daxil olmaqla, bir sıra inzibati binaların azad edildiyi qeyd olunub. Məlumata görə, əməliyyat zamanı onlarla terrorçi zərərsizləşdirilib:

“Əməliyyat gecə saat 01-00-da başlayıb və qısa müddətdə xeyli irəliləyiş əldə olunub. Ərazidə nəzarət altına götürülməyən cəmi iki inzibati bina qalıb”. Açıqlamaya əsasən, şəhərdə ümumilikdə 900-ə yaxın İŞİD-çi qalmaqdadır.

Qeyd edək ki, Türkiyənin Mosuldakı Baş konsulluğu 2014-cü il iyunun 11-də İŞİD tərəfindən ələ keçirilmişdi.

Yeniçağ.Az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05