Mourinyodan uğurlu start

İngiltərə Premyer Liqasında 13-cü tura start verilib.

Yenicag.az xəbər verir ki, Joze Mourinyonu baş məşqçi postuna gətirən “Tottenhem” səfərdə “Vest Hem”in qonağı olub.

Qarşılaşma “Tottenhem”in 3:2 hesablı qələbəsiylə başa çatıb. “Tottenhem”in qollarına Son, Lukas və Harri Keyn imza atıb. Meydan sahiblərindən isə Antonio və Oqbonna
fərqlənib.

“Vest Hem” – “Tottenhem” – 2:3
Qollar: Hon-Min, 36 (0:1), Moura, 43 (0:2), Keyn, 49 (0:3), Antonio, 73 (1:3), Oqbonna, 90 (2:3)

Hal-hazırda “Tottenhem” 17 xalla turnir cədvəlində 6-cıdır. Cədvələ “Liverpul” başçılıq edir (12 oyun, 34 xal), ikinci yerdə “Lester” (26 xal), üçüncüdə “Çelsi”dir (26 xal).

COP29