!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mövcud şəraitdə sülh müqaviləsinin ilin sonuna kimi imzalanacağı real görünmür” – Millət vəkili

!Reklam – Yazi

“Ermənistan sözdə nikbin bəyanatlar verərək, reallıqda müxtəlif bəhanələrlə danışıqlar prosesini uzadır”.

Bu fikirləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycanla sülh müqaviləsinin ilin sonuna qədər imzalana biləcəyi haqda fikirlərinə münasibət bildirən Milli Məclisin deputatı Azər Badamov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin fikrincə, Ermənistan danışıqlar prosesini uzatmaqla, sülh müqaviləsinin imzalanmasından mümkün qədər yayınmağa cəhd göstərir:

“Ermənistan sülh müqaviləsi ilə əlaqədar ötən müddətdə olduğu kimi, indi də manipulyasiya etməklə məşğuldur.

Əslində, ortada cəmi bir sülh müqaviləsi variantı var və o da Azərbaycan tərəfindən hazırlanıb təqdim olunub. Həmin layihə beş baza prinsipi əsasında hazırlanıb və Azərbaycanın maraqlarına tam cavab verir.

Ermənistan isə sözdə nikbin bəyanatlar verərək, reallıqda müxtəlif bəhanələrlə danışıqlar prosesini uzadır, sülh müqaviləsinin imzalanmasından mümkün qədər yayınmağa cəhd göstərir.

O baxımdan, Ermənistanın bu davranışlarını və danışıqlar prosesinin mövcud vəziyyətini nəzərə alaraq deyə bilərik ki, sülh müqaviləsinin ilin sonuna kimi imzalanacağı real görünmür”.

A.Zeynalov

www.yenicag.az

355
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv