Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“MTN əməkdaşları məndən 2 milyon manat istədilər”

Zərərçəkmişin nümayəndəsi bildirib ki, Çingiz Cəlilov 13 milyon 962 min manat pul vəsaitini məsimsəyib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun qardaşı Pərviz Cəlilov vəkil J.Bağırovanın suallarını cavablandıran zaman söyləyib ki, “Bank Standard”a, ümumilikdə, 15 milyon manat kredit ödəyiblər: “Biz şirkəti onlara təhvil verəndə hər şey dağılmışdı. İşçilərin maaşlarını belə vermirdilər. Hətta işçilərin əməkhaqqısını pul əvəzinə mobil telefonla ödəyirdilər. Sonra mənə Səbail Rayon Məhkəməsindən banka 23 milyon manatlıq borcla bağlı bildiriş gəldi. Bu barədə Səlim Kirmanla əlaqə saxladım ki, “biz belə danışmadıq, indi niyə belə oldu?” Səlim Kirman da mənə “bu, rəhbərliyin göstərişidir” dedi. Bildiyim qədəri ilə bankın rəhbəri Heydər Babayevdir. Səlim Kirman da Heydər Babayevi və onun həyat yoldaşını nəzərdə tuturdu. Axı mən Heydər Babayevi deyil, Səlim Kirmanı tanıyırdım”.

O dindirilən zaman bildirib ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları 2010-cu ildə şirkətə gəlib onu həbs edib: “MTN-də məndən 2 milyon manat pul istədilər. Mən də 1 milyon 200 min manatla razılaşdım. Çünki oradan canımı qurtarmaq istəyirdim.

Lakin “MTN işi”ndə zərərçəkmiş kimi tanınmamışam”.

P.Cəlilovun sözlərinə görə, “Bank Standard”dan, ümumilikdə, 18 milyon manat kredit götürüblər, həmin pullardan isə 15 milyon manatını ödəyiblər.

Məhkəmənin növbəti iclası yanvarın 25-nə təyin edilib.

www.yenicag.az

1678
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM