MTRŞ-dan aparıcı ilə bağlı -AÇIQLAMA

media-hightechnic-468x90

7ca2ec5fcadb16d5e0238647856aae86Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS telekanalının “İncə Maraqlar” və “İncə+” verilişlərinin yayımını dayandırması və aparıcı Elnarə Təhməzovanı efirdən kənarlaşdırmasına münasibət bildirib.

MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov açıqlamasında bildirib ki, ANS-in qərarı onları üçün gözlənilən olub: “Milli Televiziya və Radio Şurası olaraq biz ANS-dən bu addımı gözləyirdik. Əgər bu qərar qəbul edilməsəydi Milli Televiziya və Radio Şurası tərəfindən məsələ ilə bağlı ölçü götürüləcəkdi. Çünki biz ilk növbədə telekanal rəhbərliyinin qərarını gözləyirik və bundan sonra müvafiq qaydada qərar qəbul edirik”.

Qeyd edək ki, bu gün ANS-in Yaradıcılıq Şurasının qərarı ilə “İncə Maraqlar” və “İncə+” verilişlərinin yayımı dayandırılıb, aparıcı E. Təhməzova efirdən uzaqlaşdırılıb. Bir müddət əvvəl E. Təhməzovanın dindar xanımların geyimi haqqında efirdən səsləndirdiyi müəyyən fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb və onun fikirləri ətrafında qalmaqal yaranıb(APA).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600