Mübariz Qurbanlı krallığın səfirini qəbul edib
Dövlət Komitəsinin sədri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirini qəbul edib.
Komitədən daxil olan məlumata görə, görüş zamanı dinin müasir Azərbaycan cəmiyyətində rolu və qloballaşan dünyada müsəlman ölkələrinin tutduğu mövqe müzakirə olunub. Qeyd olunub ki, dövlət və din münasibətlərinin tənzimlənməsi dövlətin əsas vəzifələrindən biridir.
Səfir İrfan Siddiq ölkəmizlə bağlı fikirlərini bölüşərək qeyd edib ki, Azərbaycanın tolerantlıq modeli bütün dünya, xüsusən Şərq ölkələri üçün nümunə sayıla bilər. Azərbaycan o nadir ölkələrdəndir ki, burada məzhəb və dini ayrı-seçkiliyə yol verilmədən insanlar dini ibadətlərini tam rahatlıqla həyata keçirirlər. (qafqazinfo.az)