Müctəba Xamneyi ali rəhbər kürsüsündə: Regional siyasətdə nələr dəyişə bilər?

media-hightechnic-468x90

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, İranın ali dini rəhbəri Seyid Əli Xamneyinin vəfatından sonra onun yerinə oğlu Müctəba Xamneyi seçilib.

media-banner_tkm

Azərbaycana qarşı çıxışlarında sərt və mənfi fikirləri ilə tanınan Müctəba Xamneyi ali rəhbər kürsüsünə əyləşdikdən sonra hansı siyasi kursu tutacaq? Onun rəsmi Bakıya münasibəti dəyişəcəkmi?

Bu sualların cavabını Yenicag.az-a politoloq Samir Hümbətov şərh edib:

media-images-41

“Müctəba Xamneyinin ali dini rəhbər seçilmə ehtimalı uzun müddət idi ki, gündəmdə idi. Əslində, Müctəbaya rəqib ola biləcək şəxslər prosesdən kənarlaşdırıldı. İbrahim Rəisi onun ən güclü rəqiblərindən biri hesab olunurdu. Rəisini sıradan çıxarmaq üçün xüsusi plan işlənildi və o, helikopter qəzası ilə aradan götürüldü. Beləliklə, Müctəbanın qarşısında ciddi rəqib qalmadı. Bundan əlavə, rəsmi vəzifəsi olmasa belə, SEPAH və Bəsic qüvvələri onu tam dəstəkləyirdi”.

S. Hümbətov qeyd edib ki, M. Xamneyi qonşu dövlətlərə qarşı atasının siyasi xəttini davam etdirəcək:

“Ata Xamneyinin özü də Azərbaycanla bağlı heç vaxt səmimi və müsbət mövqedə olmayıb. Ermənistan-Azərbaycan münaqişəsində zahirən bir, pərdəarxasında isə tam fərqli siyasət yürüdürdü. İranda bütün cümə namazlarında oxunan xütbələrin mətni birbaşa Xamneyinin ofisində hazırlanırdı. Onun hakimiyyəti dövründə Azərbaycana xeyir gəlməyib. Düşünürəm ki, Müctəba Xamneyi də atasından geri qalan deyil və böyük ehtimalla eyni strateji xətti davam etdirəcək.

Hər bir halda, İran rejiminin uzun müddət ayaqda qala biləcəyinə inanmıram. Bürokratik sistemi qorumaq üçün mübarizə aparsalar da, ABŞ və İsrail kimi ölkələr buna imkan verməyəcək. Onların məqsədi təkcə Xamneyini yox, bütövlükdə rejimi çökdürməkdir. Bu sistemin davamlılığı sual altındadır. Rejim qalsa belə, onun manevr imkanları və potensialı olduqca zəif olacaq”.

Politoloq Xamneyinin oğlunun ali rəhbər təyin edildikdən sonra diplomatik ritorikasının qismən yumşala biləcəyini də istisna etmir:

“Baxmayaraq ki, Müctəba Xamneyi indiyədək Azərbaycana qarşı mənfi fikirlər səsləndirib, lakin o vaxtlar rəsmi şəxs statusunda deyildi. Artıq ali dini rəhbər məsuliyyətini daşıyırsa, istər-istəməz Azərbaycana qarşı münasibətlərdə müəyyən yumşalma nümayiş etdirməyə məcbur qala bilər. Məsələ təkcə Azərbaycan deyil, onlar Türkiyəyə qarşı da eyni soyuq mövqedədirlər. İran siyasətinin təməli belə qurulub: demək olar ki, heç bir qonşu dövlətlə münasibətləri qüsursuz olmayıb. Tehran yalnız Rusiya və Ermənistanla normal əlaqələr qurub. Ona görə də Müctəba Xamneyinin rəhbərliyi dövründə mövcud siyasi kursun əsas sütunları dəyişməz qalacaq”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05