!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orduda KADR DƏYİŞİKLİYİ - "Bu, ən optimal variant idi" - ŞƏRH

!Reklam – Yazi

“Mövcut şəraitdə orduda baş tutan təyinatlar ən optimal variant idi”.

Bu sözləri Yenicag.az-a Müdafiə Nazirliyində həyata keçirilən kadr dəyişikliklərini şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov bildirib ki, orduda kadr çatışmazlığı var:

“Təyinatlardan narazı insanlar olacaq. Ancaq Kərim Vəliyevin Baş Qərargah Rəisi vəzifəsinə təyin edilməsini bəyənənlər daha çox oldu. Bunun da bir çox səbəbləri var. 1982-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib. 1990–1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb. Qiyabi təhsil ala-ala Azərbaycan ordusunun qurulmasında iştirak edib, Birinci Qarabağ müharibəsində döyüşən zabitlərdən biridir. 1995-ci ildə 1-ci ordu korpusu yaradılanda, onun ilk komandiri təyin edildi. Daha sonra müxtəlif vəzifələrdə xidmət edib. Ən əsası Kərim Vəliyevin adı bu günə qədər qruplaşmalarda, rüşvət və korrupsiyada hallanmayıb. Bundan əlavə, Kərim Vəliyev dünyanın ikinci böyük fövqəl dövləti Rusiyanın hərbi akademiyasını bitirib. Bu, özü də çox böyük göstəricidir. Kərim Vəliyevin ötən ilki Tovuz hadisələrində iştirakına görə Nəcməddin Sadıkovun ona qarşı qısqanc münasibəti var idi. Onun kimi səbrli adam dözməyərək, rabort yazıb vəzifədən getmək istəyirdi.

Burada bir başqa məsələ də var. Rusiyanın narazılığına baxmayaraq, Nəcməddin Sadıkov vəzifədən azad edildi. Rusiya buna çox ciddi dirəniş göstərdi. O post artıq 8 aydır boş qalmışdı. Bu, o demək idi ki, burada hansısa çəkişmələr və narazılıqlar var. Burada Rusiya və Türkiyə faktoru var idi. Bundan əlavə, Azərbaycan ordusunun, Azərbaycan xalqının milli maraqlarına uyğun kadr olmalı idi. Azərbaycanın maraqları ilə yanaşı, elə bir kadr seçilməli idi ki, Türkiyə və Rusiya bundan narazı qalmasın. Biz balaca ölkəyik. İstəsək də, istəməsək də, bəzi məsələlərdə razılaşma olacaq. Düşünürəm ki, prezident Kərim Vəliyevə etibar edir. Rusiya da buna etiraz etməyib. Baş Qərargah Rəisi dəyişilirsə, Qərargahın canı əməliyyat idarəsi rəisi də dəyişilməli idi. Bu da təqdirəlayiq addımdır. Bu dəyişiklik gözlənilən idi.

Ənvər Əfəndiyev haqqında çox mənfi fikirlər formalaşıb. Onun haqqında araşdırma apardım. Bir çox zabitlər onun haqqında xoş söz dedilər. Onun bəzi addımları zabitlər arasında ona qarşı narazılıqlar yarada bilib. Ənvər Əfəndiyev birinci Qarabağ savaşında da döyüşmüş zabitdir. Ağdam işğal olunan zaman axıra kimi əsgərləri ilə mövqeyini tərk etməyib. Yalnız atəşkəs elan ediləndə öz mövqeyindən çıxıb. Azərbaycanda hərbi akademiya yaradılanda oranı fərqlənmə ilə bitirən 3 zabitdən biri olub. Daha sonra Türkiyədə təhsilini davam etdirib. Düşünürəm ki, təyinatlar Türkiyə tərəfinin də rəyi ilə baş tutub”.

www.yenicag.az

2476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv