Trampın "Livan-Suriya" düyünü: Dəməşq seçim qarşısında – Müharibə, yoxsa məhv olmaq?

media-hightechnic-468x90

“Hizbullahla müharibəyə qarışmaq Suriya üçün ağır nəticələr verə bilər.”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında Yaxın Şərq üzrə analitik Kənan Rövşənoğlu bildirib.

K. Rövşənoğlu ABŞ lideri Trampın Suriya prezidentinə xitabən dediyi “İsrailə dedim, Livanla Suriya özü məşğul olsun” açıqlamasını şərh edib. Suriya-Livan müharibəsi baş tuta bilərmi? Bu açıqlama nəyə xidmət edir? K. Rövşənoğlu məsələni ətraflı şəkildə izah edib:

“Belə bir plan haqqında hələ mart ayında, İrana qarşı müharibə zamanı xəbərlər yayılmışdı. Hətta Suriya ordusu Livanla sərhədə əlavə qüvvələr cəlb etmişdi. Lakin sonra bildirildi ki, bu qüvvələr sərhəd təhlükəsizliyi məqsədilə göndərilib və Livana hücum olmayacaq. Həmin qüvvələr, əsasən, Livana silah və sursat daşıyan qaçaqmalçı dəstələrə qarşı əməliyyatlar keçirirdi. Hətta ABŞ-ın Türkiyədəki səfiri və Suriyadakı nümayəndəsi Tom Barrak bu iddiaları təkzib edib, ABŞ-ın belə bir planının olmadığını bildirmişdi. Lakin Trampın dünənki açıqlamasından belə məlum olur ki, xəbərlər doğru imiş; Vaşinqtonun həqiqətən də Hizbullahla Suriya arasında müharibə planı olub. Sadəcə görünür ki, Əhməd əş-Şara (Suriya prezidenti) buna getməyib.

Çünki əvvəla, Suriya özü çətin vəziyyətdədir, Livana ordu yeritmək Suriya üçün çox ciddi sosial-iqtisadi problemlər yarada bilər. İkincisi, Hizbullah Livanda ciddi elektorata və hərbi gücə malikdir; bu müharibə Suriya üçün ağır nəticələr verə bilər. Nəhayət, müsəlman aləmində ciddi mənfi reputasiyası yarana bilər. Xatırladaq ki, 1976-cı ildə də Suriya Livana ordu yeritmişdi, amma bunun hər iki ölkə üçün çox ağır nəticələri olmuşdu. Üstəlik, İsrail amili var; İsrail hazırda Suriyanın bir hissəsini işğal altında saxlayır. Əhməd əş-Şara özü də etiraf edib ki, İranla müharibədə İsrail qalib gəlsəydi, Dəməşqə hücum edəcəkdi. Düşünürəm ki, burada Türkiyə amili də rol oynayıb; Ankara Dəməşqin belə bir avantüraya getməsinə razı olmayıb. Ancaq istənilən halda bu təhlükə hələ də qalır, yəni Suriya prezidenti Vaşinqtonun təzyiqi altındadır.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05