Müdafiə naziri zirehli texnikaların döyüşə hazırlığını yoxladı – FOTOLAR

media-hightechnic-468x90

lll;Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində səfərdədir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə təmas xəttindəki hərbi hissələrdəki mövcud vəziyyətlə tanış olub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirib.

media-banner_tkm

Eyni zamanda müdafiə naziri cəbhə bölgəsindəki müasir zirehli texnikaların döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş növbəsinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu ilə tanış olub.

Müdafiə naziri nizam-intizamın gücləndirilməsi, silah-sursatla, hərbi texnika ilə davranışda təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması və sağlamlıqlarına diqqətin artırılması ilə əlaqədar tapşırıqlar verib.

 

 

 

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05