“ABŞ Prezidenti Bayden bunu imzalayacaq və biz sevindirici xəbəri alacağıq”.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri ABŞ-nin yeni hərbi yardım zərfi hazırladığını anons edən Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.
Onun sözlərinə görə, Ukrayna hazırda Qərb ölkələrindən aldığı müasir sistemlər sayəsində özünün hava hücumundan müdafiə potensialını möhkəmləndirib:
“Burada söhbət həm də müxtəlif atıcı silahlardan və effektli zenit komplekslərindən gedir.
Qərb ölkələrindən aldığımız müasir sistemlər sayəsində hava hücumundan müdafiə potensialımız xeyli möhkəmlənib.
İspaniya hökuməti bəyan edib ki, tezliklə onlardan “Hawk 23” sistemlərini əldə edəcəyik, onun idarə olunması üçün heyətin hazırlığı artıq yekunlaşmaq üzrədir.
Hesab edirəm ki, bu gün ABŞ-nin Ukraynaya yeni hərbi yardım zərfinin elan olunacağını eşidəcəyik. ABŞ Prezidenti Bayden bunu imzalayacaq və biz sevindirici xəbəri alacağıq”.
www.yenicag.az