!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müdafiə Nazirliyi yenə "SİNİFDƏ QALDI": "Niyə kəşfiyyatımızın Karapetyanın Qarabağ səfəri barədə məlumatı olmayıb?" - AKTUAL SUAL

!Reklam – Yazi

“Bir-iki Ermənistan rəsmisinin Qarabağ ərazisində alnında deşik açılsa, inanıram ki, heç bir erməni ora yaxınlaşmağa cürət etməyəcək”.

Bunu yanvar ayının 1-dən etibarən Qarabağda yaşayan, 18 yaşı tamam olmuş, habelə indiyə qədər möhlət hüququ almış şəxslərin “həqiqi hərbi xidmətə” çağrılması ilə bağlı Arayik Harutyunyanın bu gün imzaladığı “sərəncam”a və Ermənistanın müdafiə naziri general-mayor Arşak Karapetyanın noyabrın 6-dan 8-nə kimi Qarabağda səfərdə olmasına münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

Qarabağda yaşayan ermənilərin “həqiqi hərbi xidmətə” çağrılmasına münasibət bildirən hərbi ekspert bunları deyib:

“Qarabağda ermənilər var, ancaq bu, rusların nəzarətində olan ərazilərimizdə təhlükəsizliyi təmin edəcək sayda deyil. Çağırışla bağlı olan “sərəncam”lar əvvələr də verilib. Sadəcə bu, əvvələr mətbuata çox sızmırdı. İndi mətbuata sızıb”.

Ermənistan müdafiə nazirinin Qarabağa səfər etməsinə gəldikdə isə Ədalət Verdiyev əsas diqqəti bundan Azərbaycan tərəfinin xəbəri olmamasına çəkib:

“Ermənistan müdafiə naziri gedəndən sonra xəbər tutduq ki, Qarabağda olub. Birmənalı olaraq bu, bizim “minus”umuzdur. Güc sturukturu niyə bəyanat verməlidir? Güc strukturu bir dəfə bəyanat verər, onun əsas işi parktiki olaraq bəyanatları icra etməkdir. Bəyanatı Xarici İşlər Nazirliyi, prezident verər güc strukturu da verilən bu bəyanatları ərazidə yerinə yetirər. Əfsuslar olsun ki, ermənilər əvvələr də ora gəlib, getmişdi. Erməni tərəfi bilərəkdən bu səfəri Şuşanın azad edilməsi və Bayraq Gününü qeyd etdiyimiz günlərə salıblar ki, bayramı zəhərə döndərsinlər. Təbii ki, bu, güc balansını – real əməliyyatlar zonasındakı operativ vəziyyəti dəyişməz. Ancaq əhalimizin bayram ovqatına əskiklik gətirər.

Sual oluna bilər, niyə görə bizim hərbi kəşfiyyatın Ermənistan müdafiə nazirinin səfəri barədə əvvəlcədən məlumatı olmayıb? Niyə görə biz Ermənistanın müdafiə nazirinin Qarabağa gələcəyi təqdirdə məhv ediləcəyi barədə bəyanat verməmişik. Niyə bu səfəri müşahidə edə bilməmişik? Niyə görə sülhməramlıları bu səfərin təşkili ilə bağlı xəbərdar etməmişik? Necə olurdu, müharibə vaxtı Ermənistandan Qarabağ sərhədlərinə kimsə yaxınlaşanda məhv edirdik. Bu barədə dəfələrlə bəyanatımız olub. Güc strukturu bir dəfə bəyanat verər, 10 dəfə də bu bəyanatı yerinə yetirər. Ermənistanı cürətləndirən məhz onların Qarabağ ərazisində məhv edilməməsidir. Müdafiə Nazirliyi Arşak Karapetyan İrəvanda olandan iki gün sonra bəyanat yayır.

Müdafiə nazirlərinin görüşü keçirilir, ancaq ora nə bir hərbi ekspert, nə də müharibə mövzusunda yazan jurnalistlər dəvət edilir. Dəvət olunanlar kimlərdir? Onlardan “Fəxri fərman” alanlar”.

Səxavət Məmməd

www.yenicag.az

1200
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv