Müəllimə qızın saçını yoldu

media-hightechnic-468x90

27d0b0815b51Sosial şəbəkədə Bakıda müəlimin az yaşlı məktəbli qıza qarşı etdiyi vəhşiliyin görüntüləri yayılıb.

Yenicag anspress-ə istinadən bildirir ki , “Facebook”da “Sancaq” səhifəsində yerləşdirilən məlumatda deyilir ki, Yasamal rayonu 53 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Zulfiyyə Hacıyeva birinci sinifdə oxuyan balaca məktəbli qıza qarşı zorakılıq və vəhşilik edib.

Belə ki, müəllimənin balaca qızın saçını dibindən yolduğu və döydüyü iddia olunub. Səbəb isə az birinci sinif şagirdinin yazını yaxşı yazmamağı olub.

Məsələ ilə əlaqədər Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov  açıqlamasında bildirdi ki, hazırda baş verən hadisə ilə bağlı məlumatları yoxdur: “Bununla bağlı araşdırma aparılacaq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600