Müəllimlər Təhsil Nazirliyinə etiraz etdi

media-hightechnic-468x90

İran Təhsil Nazirliyi ilə Baş Polis Komandanlığı arasında imzalanan anlaşma memorandumu müəllimlər və təhsil işçilərinin etirazı ilə qarşılanıb.

Yenicag.az xəbər verir ki, bu barədə İran Təhsil İşçiləri Kordinasiya Şurasının bəyanatında bildirilib.

Şura bu hərəkətin təhsilə, müəllimlərə və şagirdlərə qarşı təhqir və təzyiq olduğunu bildirib:

“Polis qüvvələrinin məktəb ərazilərinə daxil olması qeyri-qanunidir, şagirdlərin və müəllimlərin hüquqlarını pozmaq və onlara qarşı təzyiq vasitəsidir”.

Bəyanat müəllifləri bununla bağlı Təhsil Nazirliyinə xəbərdarlıq edib və birmənalı olaraq məktəblərin hərbiləşdirilməsinə qarşı müqavimət göstərəcəklərini bəyan ediblər. Onlar bu addımı hakimiyyətin məcburi hicab qaydaları siyasətinin uğursuzluğa düçar olması kimi dəyərləndiriblər.

Qeyd edək ki, anlaşmaya əsasən, polisə rəsmi olaraq məktəblərə daxil olmaq, şagirdlərə təlim keçmək və qız şagirdlərin məcburi hicab qaydalarına nəzarət etmək icazəsi verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600