Müəllimlərin maaşı artıb
Belçika, Danimarka, Almaniya, Estoniya, Fransa, Xorvatiya, Lüksemburq, Malta, Avstriya, Slovakiya, Finlandiya, Böyük Britaniya, Norveç, Makedoniya, Türkiyədə 2013-2014-cü illərdə müəllimlərin maaşında artım müşahidə olunub.
Buna səbəb maaş artımı islahatları və yaşayış xərclərinə edilən dəyişikliklərdir.
“Eurydice” təşkilatının Avropa Komissiyası üçün hazırladığı hesabatda bildirilir ki, Avropanın 16 ölkəsindəki araşdırma ibtidai təhsildən əvvəl ibtidai təhsil, orta təhsilin 1-ci səviyyəsi, orta təhsilin 2-ci səviyyəsi üzrə tədris aparan müəllim və direktor heyətini əhatə edib. Lakin araşdırma nəticəsində məlum olub ki, 33 Avropa ölkəsinin yarısında müəllimlərin alıcılıq qabiliyyəti 2009-cu illə müqayisədə aşağıdır.
Bəzi ölkələrdə – Belçika (Niderland hissəsi), Danimarka (İbtidai təhsil və orta təhsilin 2-ci səviyyəsi), Litva, Lüksemburq, Avstriya, Finlandiya (İbtidai təhsil və orta təhsilin 1-ci səviyyəsi) və İtaliyada (orta təhsilin 2-ci səviyyəsi) müəllimlərin alıcılıq qabiliyyəti 3% aşağı düşüb. Kipr, İtaliya (İbtidai təhsil və orta təhsilin 1-ci səviyyəsi), Niderland, Portuqaliya, Rumıniya (ibtidai təhsil) və Böyük Britaniyada müəllimlərin alıcılıq qabiliyyətində 5%-dən 10%-ə kimi azalma müşahidə olunub. Sloveniya və İsrail müəllimlərinin də alıcılıq qabiliyyəti 13%-dən 17%-dək azalıb. Ən böyük azalma isə Yunanıstanda – 40% qeydə alınıb.