!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Müharibə vəziyyətinin aradan qaldırılması Ermənistanın öz üzərinə düşən öhdəlikləri...” – ŞƏRH

!Reklam – Yazi

“Qarabağ ermənilərinin ərazidə minlərlə hərbçi toplamaq və saxlamaq imkanı yoxdur”.

Bu fikirləri Ermənistanın Azərbaycan ərazilərində qanunsuz saxladığı hərbi qüvvələri çıxarmaq perspektivini dəyərləndirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.Politoloqun fikrincə, Ermənistan hakimiyyəti bu məsələdə də saxta mövqe bildirir, onların rəsmiləri bir-birini təkzib edən ziddiyyətli bəyanatlar səsləndirirlər:

“Əslində, hər kəsə aydındır ki, bölgədə vəziyyətin normallaşması, müharibə vəziyyətinin aradan qaldırılması Ermənistanın öz üzərinə düşən öhdəlikləri yerinə yetirməsindən, ilk növbədə də, Azərbaycan ərazisində saxladığı qanunsuz hərbi birləşmələri çıxarmasından asılıdır.

Bildiyiniz kimi, məlum üçtərəfli bəyanatın imzalanmasından artıq xeyli müddət keçsə də, İrəvan həmin sənədin bir sıra müddəalarını icra etməkdən, o cümlədən öz hərbi qüvvələrini Azərbaycan ərazisindən çıxarmaqdan yayınır.

Ermənistan hakimiyyəti bu məsələdə də saxta mövqe bildirir, onların rəsmiləri bir-birini təkzib edən ziddiyyətli bəyanatlar səsləndirirlər. Bu günlərdə belə bir məlumat yayıldı ki, Ermənistan Qarabağda xidmət keçən vətəndaşlarını təcili surətdə geri qaytarmağa başlayıb.

Amma Paşinyan hökumətin bu gün keçirilən toplantısında bəyan edib ki, Azərbaycan ərazilərində Ermənistan hərçbiləri yoxdur. Təbii ki, onun bu bəyanatı növbəti yalanlardan biridir. Çünki Qarabağ ermənilərinin ərazidə minlərlə hərbçi toplamaq və saxlamaq imkanı yoxdur.

Ermənistan hakimiyyətinin öhdəliklərin icrasından yayınması və fürsət düşdükcə hərbi təxribatlara əl atması ötən gün baş verən toqquşmalara, ermənilərin daha ağır zərbə almalarına səbəb olur. Onlar bundan dərs çıxarmalıdırlar.

Eyni zamanda, onu da qeyd etmək istərdim ki, bölgədə sabitliyin bərqərar edilməsi həm də Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq istiqamətində konkret addımlar atmasından keçir. Lakin İrəvanın indiki mövqeyi onun hələ də spekulyasiya cəhdlərinə son qoymadığını göstərir”.

A.Zeynalov

COP29

www.yenicag.az

567
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv