Müharibədən də təhlükəli SİLAH: "Deepfake" ilə liderləri "öldürürlər"

media-hightechnic-468x90

Müasir müharibələr artıq təkcə cəbhə xəttində deyil, həm də rəqəmsal məkanda – sosial şəbəkələrdə, dezinformasiya axınları və “deepfake” texnologiyaları ilə aparılır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, İsrail-İran gərginliyi fonunda dolaşan şaiələr, xüsusilə yüksək vəzifəli şəxslərin ölümü ilə bağlı yayılan ziddiyyətli məlumatlar informasiya müharibəsinin nə qədər təhlükəli bir silah olduğunu ortaya qoyur.

Mövzunu şərh edən politoloq Turan Rzayev bildirib ki, informasiya savaşı bəzən hərbi əməliyyatlardan daha çox effektivlik nümayiş etdirir:

media-whatsapp-image-2026-03-11-at-13-00-58

“Cəbhədə tərəflərdən birinin maksimum irəliləməsi fonunda informasiya müharibəsində uduzma halları baş verə bilər. İndiki məqamda İranın yeni seçilmiş ali rəhbərinin öldürüldüyünə dair iddialar var. Netanyahu və qardaşının da öldürülməsi məlumatları yayılmışdı. Hətta İsrailin Milli Təhlükəsizlik nazirinin öldürüldüyü iddiaları yayıldı və İsrail hökuməti məlumatı təsdiq etmək məcburiyyətində qaldı. Bu, İranın informasiya müharibəsində növbəti uğuru idi. Bu, cəbhədəki hərbi toqquşmadan daha çox effektiv olur”.

Politoloq yeni ali liderin ilk və hələ ki son çıxışının “deepfake” (süni intellekt vasitəsilə hazırlanan saxta video) olması ehtimalını da dəyərləndirib:

“Həmin çıxışın “deepfake” olması haqqında da söhbətlər gəzir. Bunun üçün xüsusi proqramlardan istifadə oluna bilir. Bunu sahə üzrə mütəxəssis şəxslərin araşdırması təyin edə bilər. Hər bir halda bu dezinformasiya da ola bilər”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05