Müharibədən zərər çəkənlərə sosial-psixoloji xidmətlər göstərilir

media-hightechnic-468x90

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şirvan, Lənkəran, Yevlax və Naftalan Reabilitasiya Müəssisələrində də Vətən müharibəsində yaralanmış hərbçilərimizə sosial-psixoloji xidmətlər göstərilir.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, sosial-psixoloji xidmətlərə ehtiyac duyan müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri, onların yaxınları, cəbhəyanı bölgələrdə yaşayan əlilliyi olan şəxslər bu xidmətlərlə təmin edilirlər.

Xidmətlər reabilitasiya müəssisələrində böyüklər və uşaqlar üçün hazırlanmış xüsusi sosial-psixoloji dəstək proqramı əsasında həyata keçirilir. Proqrama uyğun olaraq diaqnostika, vəziyyətin dəyərləndirilməsi, psixokorreskiya işinin təşkili, monitorinq və digər müvafiq xidmətlər təşkil edilir.
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa