!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müharibənin bitməsini istəməyən QƏRB: "ABŞ tərəfləri münaqişəyə sövq edərək..."

!Reklam – Yazi

“Bayden administrasiyası hakimiyyətə gəldiyi ilk vaxtlardan əsas hədəf olaraq Çin və Rusiyanı göstərib. Rusiyanın qarşıdakı illərdə Çinə qarşı başladılacaq iqtisadi müharibədə böyük hərbi potensialı ilə Pekinin yanında yer ala bilməməsi üçün hazırda zəiflədilir”.

Bunu Rusiya-Ukrayna müharibəsinin uzanma səbəblərindən danışan politoloq Anar Əliyev Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Qərb müharibənin Ukraynanın lehinə sonlandırılması üçün lazımi dəstək nümayiş etdirmir:

“Qərbin Ukraynaya hazırkı dəstəyi Rusiyadan gələcək hücumlardan müdafiə olunmağa yetəcək qədərdir. Bu səbəbdən müharibə bir il üç aya yaxındır davam edir. Müharibənin yekunlaşması isə yaxın perspektivdə inandırıcı görünmür.

Müharibənin sonlandırılmaması ABŞ başda olmaqla, kollektiv Qərbin planıdır. Rusiyanın qlobal güc olaraq imkanlarının məhdudlaşdırılması, hərbi-iqtisadi potensialına zərbə vurulması və regional güc səviyyəsinə salınmasını istəyirlər. Məqsəd heç bir halda Ukrayna xalqının, dövlətinin qorunması deyil. Əgər belə olsaydı, Qərbin Ukraynaya dəstəyi tamam fərqli olardı.

Rusiya-Ukrayna müharibəsinin sonlandırılması üçün Türkiyə xaric, heç bir qüvvə iradə ortaya qoymayıb. Sülh Türkiyə vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqlar aparılacağı təqdirdə mümkün ola bilər.

Rusiya və Ukrayna müharibənin hər iki ölkə üçün dağıntı, itki, zərər olduğunu başa düşməlidir. Bu müharibədən nə Ukrayna, nə də Rusiya qalib çıxa biləcək. Müharibənin nə qədər davam etməsindən asılı olmayaraq, qalib məhz ABŞ-dir. Çünki ABŞ tərəfləri münaqişəyə sövq edərək istəyinə nail oldu. Hələ ki ABŞ-nin planları arasında Rusiya-Ukrayna müharibəsinin dayandırılması olduğu müşahidə edilmir.

Bayden administrasiyası hakimiyyətə gəldiyi ilk vaxtlardan əsas hədəf olaraq Çin və Rusiyanı göstərib. Rusiyanın qarşıdakı illərdə Çinə qarşı başladılacaq iqtisadi müharibədə böyük hərbi potensialı ilə Pekinin yanında yer ala bilməməsi üçün hazırda zəiflədilir. Rusiya tam zəiflədilmədən Ukraynada davam edən müharibənin sonlandırılması mümkün görünmür. Tərəflər ABŞ-nin oyununu anlayaraq danışıqlar masasına oturmalı, Türkiyə vasitəçiliyi ilə müzakirələr aparıb problemləri aradan qaldırmalıdır”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

393
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv