“Müharibənin Milad bayramına qədər yekunlaşdırılması imkanları...” – Aviasiya marşalının PROQNOZU

media-hightechnic-468x90

“Rusiyanın öz silahlı qüvvələrini yenidən toparlayaraq hücuma keçmək potensialını görmürəm”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Ukraynada müharibənin başa çatdırılması müddəti haqqında danışan istefada olan Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin marşalı Edvard Strinqer deyib.

Marşalın sözlərinə görə, hazırda savaşın bu ilin sonuna qədər yekunlaşdırılması ehtimalı hələ ki 30-40 faizdir:

“İndiki şəraitdə Rusiyanın öz silahlı qüvvələrini yenidən toparlayıb təşəbbüsü ələ alaraq hücuma keçmək potensialını görmürəm.

Hələ hadisələrin, xüsusilə yerlərdə necə inkişaf edəcəyini görmək lazımdır. Ümid edirik ki, Zelenski danışıqlarda üstün tərəf olan vəziyyətə gələcək, hətta Rusiyanın təcavüzünü qələbə ilə dayandıracaq.

Lakin bu durumda müharibənin Milad bayramına qədər yekunlaşdırılması imkanları 30-40 faiz civarındadır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600