!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Müharibənin yarımçıq qoyduğu həyatlar: “Hər yer bədən üzvləri ilə dolu idi” – FOTO

!Adviad

Ukrayna ilə Rusiya arasında 24 fevraldan başlayan müharibə davam edir.

Çerniqov şəhərində vətəndaşlar müharibənin dağıntıları arasında yaşayırlar.

Şəhər martın əvvəlində hücumlara məruz qalsa da, Rusiya ordusu tərəfindən ələ keçirilə bilməyib. Şəhərin kənarındakı mülki infrastruktur yararsız hala düşüb.

Xəstəxanalar, fabriklər, idman mərkəzləri və mülki binaların vurulduğu Çerniqov hücumlardan sonra normal həyata qayıtmağa çalışır.

Soyadını açıqlamaq istəməyən Çerniqov şəhər sakini Aleksey hücumlarda çoxlu sayda mülki vətəndaşın öldüyünü bildirib.

“Binamızın yanındakı xəstəxana, məktəb, fabrik və aptek vuruldu. Burada çox insan öldü. Hər yer bədən üzvləri ilə dolu idi. Hücumlar martın əvvəlində həyata keçirilib. İnsanlar soyuqda çöldə qalırdılar. Dəhşət yaşayırdıq”, – o deyib.

 

www.yenicag.az

613
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100