Mühərrik oğurlayan şəxs saxlanıldı

media-hightechnic-468x90

Yevlax rayon sakini olan bir nəfər bu ilin iyul ayında evindən dəmir konstruksiyalar və müxtəlif məişət əşyalarının mühərrik hissələrinin oğurlanması ilə əlaqədar Rayon Polis Şöbəsinə müraciət edib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, müraciətlə əlaqədar olaraq Yevlax RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini Hafiz Məmmədov saxlanılıb. Araşdırmalarla onun ümumilikdə 9 ədəd soyuducu və kondisioner mühərriki, dəmir konstruksiyalar və s. oğurlamaqla vətəndaşa 4000 manat miqdarında ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600