Münhen aeroportu fəaliyyətini bərpa edib - YENİLƏNDİ

media-hightechnic-468x90

Pilotsuz uçuş aparatlarının görünməsi səbəbindən işini dayandıran Münhen aeroportu fəaliyyətini bərpa edib.

media-banner_tuq

Bu barədə Yenicag.az  “Reuters”ə istinadən xəbər verir.

Aeroportdan bildirilib ki, hava livanının fəaliyyətində gün ərzində fasilələr ola bilər.

***

Almaniyanın Münhen hava limanı bir neçə pilotsuz uçuş aparatının görünməsi səbəbindən fəaliyyətini yenidən dayandırıb.

Yenicag.az-ın məlumatına görə, bu barədə “Reuters” hava limanının təhlükəsizliyinə istinadən məlumat yayıb.

“Münhen hava limanında hər iki uçuş-enmə zolağı bağlıdır”, – agentlik hava limanının sözçüsündən sitat gətirib. Pilotsuz uçuş aparatlarının görünməsinin hava limanının bağlanmasına səbəb olub-olmadığı hələ aydın deyil.

Münhen Federal Polis İdarəsinin sözçüsü Tomas Borovik Bild qəzetinə deyib: “Biz mümkün pilotsuz uçan aparatların fəaliyyəti ilə bağlı xəbərləri araşdırırıq. Təhlükəsizliyə görə hava hərəkətinə nəzarət 21:28-də (Bakı vaxtı ilə 23:28) uçuşları dayandırıb”.

Münhen Hava Limanının mətbuat xidməti həmçinin bildirib ki, uçuşlar ehtiyat tədbiri olaraq növbəti xəbərdarlığa qədər dayandırılıb.

Oktyabrın 2-də axşam saatlarında Münhen Beynəlxalq Hava Limanından uçuşlar bir neçə naməlum pilotsuz təyyarənin aşkarlanması ilə əlaqədar dayandırılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05