“Müsavatda heç kimi özümə rəqib görmürəm”

media-hightechnic-468x90

c24712179976a95aaa1ac15f80fb390c“Qurultaydan sonra Müsavat Partiyasından gedənlər də, gələnlər də ola bilər. Müsavat oturuşmuş bir partiyadır. Bu baxımdan başqan seçkilərindən sonra partiyada hər hansı həlledici dəyişikliklərin olacağını gözləmək sadəlövhlükdür”.

Bunu açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

A.Hacılı bildirib ki, Müsavat başqanlığına keçiriləcək seçkilərdə heç kimi özünə rəqib görmür: “Sadəcə, bu seçkilərdə opponentlər var və biz bir-birimizə opponentlik edirik. Bu baxımdan bu seçkidə kim daha çox səs alacaqsa, o, özünü böyük qalib, az səs alan şəxs isə məğlub hesab etməməlidir. Çünki bu, partiyadaxili seçkilərdir. Partiya üzvləri kimə üstünlük verəcəklərsə, o da Müsavat başqanı olaraq partiyanın ideoloji-siyasi xəttinə uyğun fəaliyyət göstərəcək”.

İsa Qəmbərin Müsavat başqanlığından gedəcəyi təqdirdə partiyadan istefaların olacağı barədə iddialara münasibət bildirən A.Hacılı bu fikirləri əsassız adlandırıb: “Müxtəlif dövrlərdə Müsavat Partiyasının parçalanacağı, kütləvi istefaların olacağı haqqında fikirlər səsləndirilib, lakin bu proqnozlar özünü doğrultmayıb. Əminəm ki, Müsavat Partiyası qurultaydan sonra da siyasi xəttinə uyğun olaraq öz fəaliyyətini davam etdirəcək”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600