“Müsəlman Qardaşları”-nın kitabları qadağan edildi

media-hightechnic-468x90

932Misirin Vəqflər nazirliyi “Müsəlman Qardaşları” təşkilatının qurucusu Həsən əl-Bənna, Seyid Qutub və Yusif əl-Qardaviyə aid əsərlərin məscid və kitabxanalardan çıxarılması haqda qərar qəbul edib.

Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, Vəqflər nazirliyinin yeni qərarına görə məscidlərin xarici səs gücləndiricilərindən azan və xütbələrin xaricində heç bir səs yayılmamalı, bundan başqa “Müsəlman Qardaşları”-nın qurucusu Həsən əl-Bənna, Seyid Qutub və Yusif əl-Qardaviyə aid əsərlərin məscid və kitabxanalardan çıxarılmalıdır.

Bundan başqa nazirliyin qərarına görə cümə xütbələrinə yazılı icazəsi olmayan şəxslərin buraxılması qadağandır.

Nazirliyin qəbul etdiyi qərarda məscid kitabxanalarının nazirlikdən yollanan kitab siyahılarına uyğun bir şəkildə təşkil edilməsi lazım olduğu bildirilir.

Nazirlik tərəfindən göndərilən kitab siyahısının xaricində hər hansı bir kitabın kitabxanada olması qadağan olduğu kimi xüsusilə də “Müsəlman Qardaşları” təşkilatının qurucusu Həsən əl-Bənna, bundan başqa Seyid Qutub və Yusif əl-Qardaviyə aid əsərlərin məscid və məscid kitabxanalarında saxlanılması qadağan olunub.

Bundan başqa Ramazan ayında məscidlərdə etikafa çəkilmək (Ramazan ayında müəyyən bir müddət ərzində məsciddən çıxmamaq şərtilə ibadətə çəkilmək) istəyənlər üçün müəyyən qaydalar qoyulub.

Qaydaya görə etikafa çəkilmək istəyən şəxslər qabaqcadan şəxsiyyəti təsdiq edən sənədi təqdim edərək xüsusi blank doldurmalı və həmin şəxsin etikaf üçün müraciət etdiyi məscid yaşayış yerinə yaxın olmalıdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600