Müsəlmanlar üçün xüsusi telefonlar
Gələn ay Rusiyada müsəlmanlar üçün xüsusi telefonlar satışa çıxarılacaq.
Bu haqda Rusiya müsəlmanlar İttifaqının sədri Nail Ziqanşına bildirib.
Bildirilir ki, telefonun yaddaşında “Qurani Kərim”in rus və ərəb dillərində tərcüməsi yerləşdirilib.
Rahat menyuda tez bir zamanda mətni seçərək surələri dəyişdirmək mümkündür.
Telefonda həmçinin “namazların zəngli saatı” əlavəsi qurulub: qurğu namazın vaxtını müəyyən edir və gündə beş dəfə onun vaxtını səs siqnalıyla xatırladır.
Telefonların istehsalçı şirkəti bildirib ki, qadjet aşağı qiymət seqmentində olacaq.