Müsəlmanların məscidə girişi qadağan edildi

media-hightechnic-468x90

israel_209bbdgdgdgİsrail hökuməti 1967-ci ildə başa çatan altı günlük müharibədən sonra ilk dəfə Əl-Aksa məscidinə müsəlmanların girişini qadağan edib.

Fələstin prezidenti Mahmud Abbas Administrasiyası artıq bildirib ki, “Əl-Əksa məscidinə girişin qadağan edilməsi müharibənin elan olunmasına bərabərdir”.

“Əl-haram əş-Şərif” məscidinin statusu Fələstin-İsrail münasibətlərində ən ciddi problemlər arasındadır.
Qeyd edək ki, oktyabrın 8-də Qüds şəhərində Əl-Əksa məscidinə daxil olan fələstinlilərlə və yəhudi polislər arasında toqquşma baş verib.

Məlumata əsasən polislər fələstinliləri dağıtmaq üçün su şırnaqları, rezin güllələr və gözyaşardıcı qazlardan istifadə edib. Toqquşmalar nəticəsində 7 İsrail polisi və 20-dən çox fələstinli müxtəlif dərəcəli xəsarətlər alıb.

Toqquşmalar polislərin 60 yaşdan aşağı fələstinlilərin məscidə girişinə qadağa qoymasından sonra başlayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600