!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Müstəqillik günündə telekanalların MENYUSU: Xoşqədəmin “dığ-dığ” şousu, Azərtaşın “reytinq azarı” - Cəvahir Nehru yazır

!Reklam – Yazi

Adətən bayram, ya istirahət günlərində telekanallarda yayımlanan verilişləri televizordan izləyib özlüyümdə analiz etmək adətim var. Dünən də Müstəqillik Günümüzlə bağlı telekanalların menyusuna baxıb, “kəramətlərinə” bələd olmaq istədim.

Müstəqillik tariximizdə qürurlanacaq çox tarixi qələbələrimiz olub. Xüsusən də 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfər bayramı təntənəsinin pik nöqtəsi kimi yaddaşlarımıza həkk olundu. Düşündüm ki, yəqin belə bir qürurverici bayram günündə televiziyalarımız xüsusi menyu təqdim edəcəklər. Zəfər gününü, müstəqilliyimizin əldə olunmasında canını, qanını əsirgəməyən Vətən oğullarının – şəhid və qazilərimizin həyat yolunu əks etdirən filmlər nümayiş olunacağını, o filmləri zövqlə seyr edəcəyimi gözləyirdim. Amma xəyal qırıqlığına uğradım. Yenə də “köhnə hamam, köhnə tas”… Eyni verilişlər, eyni “çevir tatı, vur tatı…” Xoşqədəmin pafoslu axtarış elanları, bekarçılıqdan telekanalları özlərinə istirahət məkanı seçən, yumşaq kresloya yayxanıb, hamını ittiham edən, amma öz keçmişindən bixəbər olan ekspertlərin gündəm naminə yaratdıqları süni şoular, Lalə Azərtaşın dahiyanə baxışları altında güya müdafiə olunan qadınlar, kənddən dərdlərinə çarə tapacaqları ümidi ilə efirlərə axın edən avam insanlar… Onlar haradan bilsinlər ki, bu aparıcıların əllərində “reytinq maşınına” benzin tökən sadəcə bir alətdirlər.

Sözüm bunda yox… Yəni olmazdımı bir gün, heç olmazsa, bir gün televiziyalar Müstəqillik günümüz üçün xüsusi proqram təqdim etsinlər? Zəfər çaldığımız gündən 4 ilə yaxın dövr keçir. Niyə qələbəmiz, şəhidlərimiz, qazilərimizin həyat yolunu əks etdirən bir dənə də olsun film ortaya çıxarılmadı? Başqa vaxt sənət adamları kinodan danışanda ağızlarına çullu dovşan sığışmır. Kino yoxdur, kino ölüb, deyəndə az qalırlar adamın gözünü çıxarsınlar. Yaxşı, bu meydan, bu da şeytan, varsa, niyə çıxarmırsınız ortalığa? Yoxdursa, niyə yoxdur? Bəlkə var, çəkilib, bizim xəbərimiz yoxdur. Varsa, çəkilibsə, bəs niyə efirlərdə nümayiş olunmur? Heç olmazsa, təqvimin xüsusi günlərində. Mən hələ dünyaya çıxarılası filmlərdən danışmıram, demirəm, niyə “Oskar”a laiyq filmlər yoxdur? Çünki bu, kinomuzun bir ayrı dərdidir, çəkiləsi, büküləsi deyil. Öz qazanımızda özümüz üçün “bişən” filmləri deyirəm. Çəkiləcək, vaxt lazımdır deyə-deyə nəyi gözləyirsiniz? Vaxt çoxdan çatıb e, sadəcə, sizə hələ çatmayıb.

Çatsaydı, Müstəqillik günü kimi qürurverici bir tarixi bayram günümüzdə ortaya bir film çıxarardınız. Xoşqədəmin, Lalə Azərtaşın, Zaur Baxşəliyev və digər şüvən aparıcıların reytinqə hesablanmış “dığ-dığ”ındansa, ən azı tariximizi əks etdirən bir filmə baxa bilərdik.

COP29

www.yenicag.az

692
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv