“Müttəfiqlərin Ukraynaya verdikləri HHM sistemləri sayəsində vəziyyət yaxşılığa doğru dəyişəcək” – NATO-nun Baş katibi

media-hightechnic-468x90

“Ukrayna ordusu bu raketlər vasitəsilə Rusiyaya məxsus çox sayda raket və PUA-ları məhv edib”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Qərb koalisiyasının Ukraynaya etdiyi hərbi yardımların miqyasından danışan NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Ukraynaya verilən Hava Hücumundan Müdafiə (HHM) sistemləri vəziyyətin yaxşılığa doğru dəyişməsini təmin edəcək:

“Hesab edirəm ki, Ukraynaya göndərdiyimiz silah-sursat çox böyük əhəmiyyətə malikdir.

Ukrayna ordusu bu raketlər vasitəsilə Rusiyaya məxsus çox sayda raket və PUA-ları məhv edib.

Müttəfiqlərin bu məsələdə fəallıqlarını artırdıqlarını nəzərə alsaq, yaxın gələcəkdə vəziyyətin daha da yaxşılaşacağını söyləyə bilərik.

Məsələn, Almaniya bu günlərdə Ukraynaya ən yeni HHM sistemi göndərib”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600