Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Müvəqqəti hökumət gözləntiləri qarşılamayıb" - Ərdoğandan Əfqanıstan açıqlaması

Reklam: High Technic

“Əfqanıstanda təhlükəsizliyin və sabitliyin tez bir zamanda təmin edilməsi təkcə region üçün deyil, bütün dünya üçün çox vacibdir. Dünya birliyi Əfqanıstan xalqı ilə həmrəylik nümayiş etdirməlidir”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Böyük iyirmiliy”in (G20) Əfqanıstandakı vəziyyət üzrə sammitinin iştirakçılarına müraciətində deyib.

Türkiyə Prezidenti vurğulayıb ki, Əfqanıstanla dialoq kanalları açıq qalmalıdır:

“Taliban”ı cəmiyyətin bütün sektorlarının istəklərinə cavab verən bir hökumət sistemi qurmağa yönəltmək üçün strateji səbir və mərhələli yanaşma lazımdır”.

Bununla əlaqədar T.Ərdoğan G20-nin himayəsi altında Əfqanıstan üzrə işçi qrupunun yaradılmasını təklif edib. Eyni zamanda, Ankaranın yeni qrupa rəhbərlik etməyə hazır olduğunu da nəzərə çatdırıb.

Onun sözlərinə görə, Əfqanıstanda gedən proseslər yalnız siyasi və humanitar prizmaya deyil, həm də iqtisadi və maliyyə aspektlərə malikdir.

Ərdoğan Əfqanıstandakı müvəqqəti hökumətin gözləntiləri qarşılamadığını da bildirib.

www.yenicag.az

96
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100